Kuzbassda uçqun baş verən mədəndə axtarış-xilasetmə işləri başa çatıb

Kuzbassda uçqun baş verən mədəndə axtarış-xilasetmə işləri başa çatıb
# 17 mart 2014 22:04 (UTC +04:00)

Bakı – APA. Kuzbassda, Prokopyevsk şəhərinin “Krasnoqorskaya” mədənində axtarış-xilasetmə işləri başa çatıb

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, mədənin texniki konstruksiyalarının uçqunu nəticəsində iki nəfər ölüb.

“Axtarış-xilasetmə işləri başa çatıb, növbədə olan 58 şaxtaçıdan 56-sı xilas olunub”, - yerli FHN idarəsinin məlumatında bildirilir. Hadisə yerinə 70 nəfər xilasedici və 14 ədəd xüsusi texnikanın cəlb edildiyi vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR