Azərbaycanda kredit qoyuluşlarının həcmi 30% artıb

Azərbaycanda kredit qoyuluşlarının həcmi 30% artıb
# 17 yanvar 2014 08:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının məcmu kredit qoyuluşları 2013-cü il dekabrın 1-nə 15 245,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 30,0% artıb. O cümlədən, ötən ilin əvvəlindən kredit qoyuluşlarının həcmi 24,5%, təkcə noyabrda isə 1,7% artıb.

Kredit qoyuluşlarının tərkibində birinci yeri istehlak kreditləri tutur. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 6 035,2 mln. manatını və ya ümumi həcminin 39,6%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 790,1 mln. manat və ya 42,2% artıb. Digər sahələrdən «İnşaat və əmlak» 15,5%, «Ticarət və xidmət» sahəsi 14,7% paya malikdir.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi ötən ilin dekabrın 1-nə 795,0 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 4,5% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi illik müqayisədə 6,5%-dən 5,2%-ə enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR