Cəzaçəkmə müəssisəsində Milad bayramı keçirilib

Cəzaçəkmə müəssisəsində Milad bayramı keçirilib
# 08 yanvar 2014 08:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Milad bayramı münasibətilə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası keşişlərinin iştirakı ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 15 saylı Cəzaçəkmə müəssisəsində xristian dininə ibadət edən məhkumlar üçün mərasimlər keçirilib.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, dini ayinlərin icra edilməsi ilə əlaqədar Rus Pravoslav Kilsəsinin nümayəndələri 15 saylı cəzaçəkmə müəssisəsində olublar. Onlar xristian-pravoslav məhkumlarla görüş keçirib, dini mövzuda mühazirələr söyləyib dualar oxuyublar. Tədbirin sonda məhkumlara bayram hədiyyələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR