Azərbaycan yazıçısı beynəlxalq mükafata layiq görülüb

Azərbaycan yazıçısı beynəlxalq mükafata layiq görülüb
# 24 yanvar 2014 11:31 (UTC +04:00)

Bakı - APA. Azərbaycan yazıçısı Məmməd Oruc Beynəlxalq “Yuqra” mükafatına layiq görülüb.

APA-nın xəbərinə görə, “Uralınformbüro” maliyyə təşkilatı mətbuat xidməti 2013-cü il “Yuqra” Beynəlxalq ədəbi mükafatının laureatlarının adlarını açıqlayıb.

Təşkilatçısı Xanti-Mansiysk Bankı və “Həyatın yolları” bədii fondu olan mükafatların ənənəvi təqdimatı 2014-cü il mart ayının axırlarında Yuqra dövlət kitabxanasında keçiriləcək.

Yuqra ədəbiyyatına xidmətinə görə laureatlar sırasında yalnız Jeremey Aypin, Andrey Tarxanov, Mariya Voldina, İvan Şelekov kimi məşhur Rusiya şairləri, yazıçıları yox, həm də xarici ədəbiyyatçılar var.

Məmməd Oruc (Azərbaycan) “Yuqra ədəbiyyatını xaricidə tərcümə və təbliğ etdiyinə görə” nominasiyası üzrə mükafatlandırılıb. Dünya ədəbiyyatına töhfəsinə görə şair, dramaturq, nasir Aleksis Parnis (Yunanıstan), həmçinin Venko Anlonovskiy (Makedoniya), ən yaxşı “Slavyan kitabına” görə mükafatlandırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR