Metronun “Xətai” stansiyasında eskalatorlar təmirə dayandırılacaq

Metronun “Xətai” stansiyasında eskalatorlar təmirə dayandırılacaq
# 11 oktyabr 2013 09:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakı Metropoliten metroda yenidənqurma və təmir işlərini davam etdirir.

Bakı Metropoliteninin İnşaat işləri üzrə rəis müavini Rizvan Babayev “APA-Economics”ə bildirib ki, Metropoliten uzun müddətdir istifadədə olan “Xətai” stansiyasının eskalatorlarını əsaslı şəkildə təmir etməyi planlaşdırır.

Onun sözlərinə görə, hazırda “Xətai” stansiyasında yeni eskalatorların quraşdırılması nəzərdə tutulmur: “Biz buna ehtiyac görmürük. Həmin stansiyada eskalatorlar ancaq yenidən əsaslı təmirə dayandırıla bilərlər. Bu işlərə isə təxminən bu ilin dekabr ayından və ya ən geci 2014-cü ilin yanvar ayından başlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR