Azərbaycanda yeni quşçuluq fabriki istifadəyə veriləcək

Azərbaycanda yeni quşçuluq fabriki istifadəyə veriləcək
# 14 noyabr 2013 10:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Yaxın vaxtlarda Azərbaycanda yeni iri quşçuluq fabriki istifadəyə veriləcək. Quş istehsalı ilə məşğul olacaq yeni müəssisə Ucar rayonunda açılacaq. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov məlumat verib.

Ç.Fərəcov bildirib ki, yeni müəssisə broyler fabriki olacaq və quş ətinin istehsalı ilə məşğul olacaq: «Fabrikdə ildə təxminən 800-1000 ton quş ətinin istehsal olunması nəzərdə tutulub. Bundan başqa, fabrik Ucar rayonunda təqribən 100 nəfərin işlə təmin olunmasına da imkan verəcək».

Şöbə müdiri bildirib ki, Azərbaycanda son vaxtlar quş əti istehsalına maraq artıb. Ötən il ölkələ 79,3 min ton quş əti istehsal olunub.

Xatırladaq ki, 2012-ci ildə ölkədə 7 quşçuluq fabriki işə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR