Şəmkir, Hacıqabul rayon icra hakimiyyətləri və ADNA-da aparılan yoxlamaların nəticələri tədbir görülmək üçün dövlət qurumlarına göndərilib

Şəmkir, Hacıqabul rayon icra hakimiyyətləri və  ADNA-da aparılan yoxlamaların nəticələri tədbir görülmək üçün dövlət qurumlarına göndərilib
# 14 mart 2014 11:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatasının Kollegiya iclası keçirilib.

APA-nın verdiyi məlumata görə, Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Şəmkir rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Dövlət Neft Akademiyasına ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasına və Hacıqabul rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit tədbirlərinin nəticələri üzrə hesabatlar və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.


Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatın qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisinə təqdim olunması qərara alınıb.


Kollegiyada dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Ümumi dövlət xidmətləri” bölməsi üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan MR Dövlət Statistika Komitəsinin saxlanılmasına və dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Səhiyyə” bölməsi üzrə Naxçıvan MR büdcəsindən Akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikasının saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirlərinin proqramları da təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR