Bakıda xadimə evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlayıb

Bakıda xadimə evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlayıb
# 18 mart 2014 06:52 (UTC +04:00)

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əhməd Cavad küçəsi 4, mənzil 1-də qeydə alınıb.

Bakı şəhər sakini Adilə Baba qızı Zülfüqarova polisə ərizə ilə müraciət edərək, evində xadimə işləyən Kifayət adlı qadının mənzildən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığını bildirib.

Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR