Şəkidə canavarlar mal-qaranı parçalayıb - VİDEO

Şəkidə canavarlar mal-qaranı parçalayıb - <span style="color: red;">VİDEO
# 08 noyabr 2013 19:31 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə canavarlar mal-qaranı parçalayıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayonu Daşüz kənd sakinləri məlumat verib.

Sakinlərin sözlərinə görə, dünən axşam saatlarında Şəkinin Daşüz kəndində otlaq sahəsindən evə qayıdan mal-qaraya canavarlar hücum edərək iki baş inəyi parçalayıb. Onların dediyinə görə, son iki ay ərzində azğınlaşmış canavarların mal-qaraya hücumunun intensivləşməsi səbəbindən kənd sakinlərinə məxsuz 10 baş iribuynuzlu və 10 başdan yuxarı xırdabuynuzlu tələf olub.

Şəki şəhər İcra Hakimiyyətinin Daşüz Kənd İcra Nümayəndəsinin müavini Rövşən Məmmədov APA-ya mövcud faktı təsdiqləyib və bu hadisəyə görə əlaqədar təşkilatlara müraciətlər olunacağı bildirib. Onun sözlərinə görə, dağlıq ərazidə belə halların baş verməsinin əsas səbəblərindən biri də kənd əhalisinin mal-qaranı səllim şəkildə buraxmasıdır, xüsusən də axşam saatlarında heyvanların küçələrdən vaxtında yığışdırılmamasıdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR