Azərbaycanda “Gənclər mərkəzləri və Gənclər evləri” Virtual Resurs Mərkəzi yaradılıb - FOTO - VİDEO

Azərbaycanda “Gənclər mərkəzləri və Gənclər evləri” Virtual Resurs Mərkəzi yaradılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 03 iyul 2014 09:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Azərbaycan Könüllülər Xidməti” Proqramı və “Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin təqdimatı keçirilib.


APA-nın məlumatına görə, “Azərbaycan Könüllülər Xidməti” Proqramı iyun ayından ilin sonunadək həyata keçiriləcək, 15 Gənclər Evini əhatə edəcək.


“Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin əsas məqsədi əlaqə məlumatlarının və 3D video-turun vasitəsilə ölkənin Gənclər evlərinin və mərkəzlərinin elektron resurs şəbəkəsinin yaradılması olub. Yanvar-iyun ayında keçirilən layihə çərçivəsində “Gənclər mərkəzləri və Gənclər evləri” Virtual Resurs Mərkəzi yaradılıb.


Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndra Hacıyeva, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə layihələrin əhəmiyyətindən danışıb. Tədbirin sonunda “Azərbaycan Könüllülər Xidməti” Proqramının könüllüləri and içiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR