Balakəndə baş verən yol qəzasında ağır xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb

Balakəndə baş verən yol qəzasında ağır xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb
# 16 iyun 2014 10:17 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. İki gün əvvəl Balakən rayonunda baş verən yol qəzasında ağır xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.

Balakən rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyunun 14-də baş vermiş yol qəzası zamanı ağır bədən xəsarətləri alan Zaqatala rayonunun Aşağı Tala kənd sakini, 1960-cı il təvəllüdlü Məhəmməd Əmin Musa oğlu Lələyev həkimlərin səyinə baxmayaraq, bu gecə Balakən Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində keçinib.


Qeyd edək ki, iyunun 14-də günün ikinci yarısında 54 yaşlı Məhəmməd Əmin Lələyev idarə etdiyi “VAZ-21074” markalı, 10 US 380 dövlət nömrə nişanlı avtomobillə Balakən-Kortala avtomobil yolunda hərəkətdə olarkən idarə etməni itirməsi səbəbindən maşını yolun kənarındakı işıq dirəyinə çırpıb. Nəticədə M.Lələyev və onun həmkəndlisi olan sərnişini, 1967-ci il təvəllüdlü İlqar Vaqif oğlu Lələliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Balakən MRX-nın reanimasiya şöbəsinə yerləşdiriliblər.


Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR