TAP: Ukrayna hadisələri Avropanı enerji ilə təchiz edən marşrutların diversifikasiyasının vacibliyini göstərir

TAP: Ukrayna hadisələri Avropanı enerji ilə təchiz edən marşrutların diversifikasiyasının vacibliyini göstərir
# 01 may 2014 11:29 (UTC +04:00)

Bunu “APA-Economics”ə açıqlamasında TAP qaz kəməri layihəsinin kommunikasiyalar üzrə mütəxəssisi Aida Boll deyib.

Onun sözlərinə görə, Ukrayna hadisələri Avropanı enerji ilə təchiz edən marşrutların diversifikasiyasının vacibliyini göstərir: “Cənub qaz dəhlizi bu məqsədlərə çatmaqda Avropa üçün mühüm əhəmiyyət daşıyır: “TAP-ın işlənmə qrafiki “Şahdəniz II” layihəsinin qrafikinə tam uyğunlaşdırılıb və ilk qaz Yunanıstan-Türkiyə sərhədindən Avropaya daxil olanda kəmər tam hazır olacaq”.

A.Boll deyib ki, “Şahdəniz” konsorsiumu Gürcüstan və Türkiyəyə ilk qazın 2018-ci ilin sonunda çatdırılmasını planlaşdırır: “Avropaya ilk qaz isə bir il sonra başlayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR