Azərbaycandan ixrac olunan malların qiyməti bahalaşıb

Azərbaycandan ixrac olunan malların qiyməti bahalaşıb
# 19 sentyabr 2013 14:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycana idxal olunan malların qiymət indeksi 2013-cü ilin iyul ayında əvvəlki aya nisbətən 99,9%, MDB ölkələrindən idxal olunan mallar üzrə 99,4%, digər ölkələrdən idxal olunan mallar üzrə isə 100,0% təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, təsnif edilmiş emal mərhələləri üzrə idxal edilmiş investisiya mallarının qiymətləri 0,7%, istehlak mallarının qiymətləri 0,1% bahalaşıb, aralıq məhsulların və digər malların qiymətləri isə dəyişməz qalıb.

Ölkədən ixrac olunan malların qiymət indeksi iyul ayında əvvəlki aya nisbətən 104,1%, MDB ölkələrinə ixrac olunan mallar üzrə 98,1%, digər ölkələrə ixrac olunan mallar üzrə isə 104,5% təşkil edib.

Emal mərhələləri üzrə ixrac olunan aralıq məhsullarının qiymətləri 3,4% ucuzlaşıb, istehlak mallarının qiymətləri 0,3% bahalaşıb. İnvestisiya mallarının və digər malların qiymətləri isə dəyişməz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR