İranın Azərbaycandakı səfiri: “İƏT-in inkişafını davam etdirəcəyik”

İranın Azərbaycandakı səfiri: “İƏT-in inkişafını davam etdirəcəyik”
# 26 noyabr 2013 16:19 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələr arasında iqtisadi, texniki və mədəni münasibətlərin inkişaf etdirilməsini nəzərdə tutan hökumətlərarası regional təşkilatdır və bu təşkilat İran üçün vacibdir”. Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

İƏT-in Xarici İşlər Nazirləri Şurasının bu gün Tehranda keçirilən 21-ci iclası çərçivəsində bu təşkilatda sədrliyin Azərbaycandan İrana keçməsini şərh edən səfir qeyd edib ki, təşkilat çərçivəsində xüsusilə nəqliyyat sahəsində reallaşdırılan layihələr bütün region üçün xeyirlidir. Onun sözlərinə görə, İran bütün region ölkələri ilə əməkdaşlıq vasitəsilə İƏT-in inkişafını davam etdirəcək: “Biz həmçinin rabitə və kommunikasiya nazirləri və İƏT-ə üzv ölkələrin ekspertləri arasında görüş keçirməyi planlaşdırırıq ki, ölkələr arasında əməkdaşlıq genişlənsin”.

Möhsün Pak Ayin qeyd edib ki, təşkilatda müəyyən islahatların aparılmasına zərurət var və İran sədrlik dövründə bu islahatları keçirmək niyyətindədir: “Bu islahatların əsas məqsədi İƏT-i üzv və region ölkələrinin tələbatlarını ödəyə biləcək təşkilata döndərməkdir. Biz genişlənən regional əməkdaşlığı və üzv dövlətlərin artan rifahını müşahidə etmək istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR