Ağdam rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib - VİDEO

Ağdam rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib - <span style="color: red;">VİDEO
# 22 sentyabr 2013 02:41 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərdən biri deformasiyaya uğrayıb, sürücü və 1 nəfər sərnişin hadisə yerində ölüb. Xilasedicilər sıxılmış vəziyyətdə qalan meyitləri müvafiq qaydada nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 02:48-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR