Əli Hüseynli: “Miqrasiya Məcəlləsinin məqsədi əmək miqrantları üçün daha liberal şərait yaratmaqdır”

Əli Hüseynli: “Miqrasiya Məcəlləsinin məqsədi əmək miqrantları üçün daha liberal şərait yaratmaqdır”
# 10 aprel 2014 11:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Bütün dünya ölkələrində, o cümlədən Azərbaycanda miqrasiya məsələsi təhlükəsizliklə bağlıdır”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, indi Azərbaycanda həm hüquqi rejim, həm də qanunvericilik ilk növbədə iqtisadi baxımından cəlbedici bir ölkə kimi investorların və turistlərin buraya rahat gələ bilməsinə yönəlib: “Azərbaycanda qəbul edilən Miqrasiya Məcəlləsinin mənası və məqsədi də hansısa məhdudiyyətlər yox, əmək miqrantları üçün daha liberal şərait yaratmaqdır. Hesab edirəm ki, bizim məcəllə kifayət qədər mütərəqqidir. Müşahidəm isə onu birmənalı göstərir ki, Azərbaycanın problemi yalnız işğalçı Ermənistanladır. Azərbaycanlıların olduğu digər qonşu dövlətlərlə hər hansı bir siyasi problemi yoxdur. Yalnız praktik, təcrübi problemlər var. Onlar da müvafiq qurumlar tərəfindən peşəkarlıqla aradan qaldırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR