Türkmənistanda əhaliyə pulsuz verilən elektrik enerjisi və qazın norması azaldılıb

Türkmənistanda əhaliyə pulsuz verilən elektrik enerjisi və qazın norması azaldılıb
# 19 sentyabr 2013 07:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Türkmənistan hökuməti əhaliyə pulsuz verilən elektrik enerjisi və qazın normasını azaldıb. «APA-Economics»in məlumatına görə, azalmadan sonra bu ölkədə əhaliyə verilən aylıq ödənişsiz elektrik enerjisinin adambaşına həcmi 25 kVt/saat olub. Hələ yay fəslinin əvvəlində bu rəqəm 35 kVt/saat təşkil edib. Əhaliyə verilən pulsuz təbii qazın həcmi ilə bağlı yeni norma isə hələ məlum deyil.

Türkmənistan mətbuatının yazdığına görə, hökumətin belə bir addım atmasına səbəb xarici tərəfdaş şirkətlərə enerji daşıyıcılarının çatdırılmasında çətinliklərin yaranması olub. Həmçinin, son zamanlar ölkə əhalisinin elektrik enerjisi və təbii qaza olan tələbatının artması göstərilir.

Qeyd edək ki, Türkmənistanda əhaliyə elektrik enerjisi və təbii qazın pulsuz verilməsi ilə bağlı sosial paket hələ sabiq prezident Saparmurad Niyazovun dövründə tətbiq olunub. İndiki ölkə başçısı Qurbanqulu Berdımühəmmədov isə bu sosial paketə ölkədə avtomobili olanlara pulsuz olaraq müəyyən həcmdə yanacağın verilməsini də əlavə edib. Bununla bağlı talonlar 5 il bundan əvvəl verilməyə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR