Kann kinofestivalı başa çatıb

Kann kinofestivalı başa çatıb
# 27 may 2013 09:12 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. 66-cı Kann kinofestivalı yekunlaşıb. Festivalın müsabiqə proqramında əsas mükafat uğrunda 20 film mübarizə aparıb. APA-nın festivalın saytına istinadən verdiyi xəbərə görə, 66-cı Kann kinofestivalının əsas mükafatı olan “Qızıl palma budağı”nı Tunis əsilli fransız rejissoru Abdellatif Kechiche "Adelin həyatı" filminə görə qazanıb.

Film iki qızın bir-birinə olan məhəbbətindən bəhs edir. Mükafatı bu il festivalın münsiflər heyətinə başçılıq edən dünya şöhrətli rejissor və prodüser Stiven Spilberq təqdim edib.


Festivalın “Qran-pri” mükafatını Koen qardaşlarının çəkdiyi "Lüin Devisin içində" (Inside Llewyn Davis) komediyası qazanıb.

“Ən yaxşı qadın roluna görə” iranlı rejissor Əsğər Fərhadinin “Keçmiş” filmindəki fransız aktrisası Berenis Bejo, “Ən yaxşı kişi roluna görə” "Nebraska" filmindəki 76 yaşlı Brüs Bern mükafata layiq görülüb.

Qeyd edək ki, Azərbaycandan bu il Kann kinofestivalının "Qısa metr" proqramında "Narimanfilm" və İtaliyanın Torre kino şirkətlərinin birgə istehsalı olan "9x9" qısametrajlı bədii filmi iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR