Fazil Mustafa Tofiq Yaqublu barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini təklif edib

Fazil Mustafa Tofiq Yaqublu barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini təklif edib
# 24 yanvar 2014 07:35 (UTC +04:00)

Bakı - APA. Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa İsmayıllı hadisələrinə görə ittiham olunaraq həbsdə saxlanılan Müsavat Partiyası başqanının müavini, Qarabağ qazisi Tofiq Yaqublu barəsində qətimkan tədbirinin dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib.

F.Mustafa APA-ya açıqlamasında Tofiq Yaqublunun ailə üzvlərinin, müdafiəçisinin və sürücünün qəzaya uğraması xəbərindən sarsıldığını bildirib: “Məncə, Azərbaycan iqtidarı məhz bu anda humanist addım atmalı, məhkəmə Tofiq Yaqublu barədə həbs-qətimkan tədbiri dəyişdirilməlidir ki, heç olmazsa, ağır əməliyyat keçirəcək xanımının yanında olub mənəvi dəstək verə bilsin. Bunun üçün hansı müraciət forması ilə işin çözülməsi mümkündürsə, tərəfimdən hər bir addımı atmağa hazıram. Ağır durumda olan insanların faciəsinə bu qədər laqeyd yanaşmaq səlahiyyət sahibi olan hər kəsin üzərinə mənəvi məsuliyyət qoyur. İnsanların faciə yaşadığı anlarda mərhəmətli olmağı bacarmaq lazımdır. Ümid edirəm ki, medianın da dəstəyi ilə bu məsələnin həllində müsbət nəticə əldə olunacaq. Bir daha yaralılara Allahdan şəfa diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR