Birinci Qarabağ müharibəsində itkin düşmüş Siyavuş Məmmədovun qalıqları Sumqayıtda dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Siyavuş Məmmədovun qalıqları Sumqayıtda dəfn olunub - FOTO
# 21 may 2024 13:17 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşmüş Məmmədov Siyavuş Əli oğlunun qalıqları Sumqayıtda torpağa tapşırılıb.

APA xəbər verir ki, şəhidin qalıqları bu gün Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində şəhidin doğmaları, Zəngilan rayonu və Sumqayıt şəhərinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Məmmədov Siyavuş Əli oğlu 1973-cü ildə Zəngilan rayonu Havalı kəndində anadan olub. Birinci Qarabağ müharibəsində, 1994-cü ildə döyüşlər zamanı itkin düşən Siyavuş Məmmədovun qalıqları aşkarlanıb və kimliyi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR