Bu gün Vanda Azərbaycan, Türkiyə və İran arasında ekspertlər səviyyəsində görüş keçiriləcək

Bu gün Vanda Azərbaycan, Türkiyə və İran arasında ekspertlər səviyyəsində görüş keçiriləcək
# 13 mart 2014 11:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün Türkiyənin Van şəhərində Azərbaycan, Türkiyə və İran arasında ekspertlər səviyyəsində görüş keçiriləcək.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, toplantı hər üç ölkənin xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünə hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Məhəmməd Cavad Zərif martın 14-də Türkiyənin Van şəhərində görüşəcəklər. Görüşdə üç ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, regional əlaqələrin yaxşılaşdırılması, həmçinin, Urmiya və Naxçıvan şəhərlərində qəbul edilmiş qərarlar əsas müzakirə mövzusu olacaq.

Xatırladaq ki, bu formatda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk görüşü İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi, Urmiya şəhərində, ikincisi isə Azərbaycanın Naxçıvan şəhərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR