Azərbaycanın təhsil naziri 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib - VİDEO

Azərbaycanın təhsil naziri 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib - <span style="color: red;">VİDEO
# 05 oktyabr 2013 07:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilir.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycanın bütün müəllimlərinə və təhsil işçilərinə təbrik ünvanlayıb.

Təbrikdə bildirilib ki, təhsil cəmiyyətin inkişafında, insanların layiqli vətəndaş kimi formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Bütün dövrlərdə hər bir ölkənin uğurlu gələcəyi, ayrı-ayrı sahələrdə əldə olunan nailiyyətləri təhsilin inkişaf səviyyəsi ilə müəyyən olunur: “Sürətlə inkişaf edən ölkəmizdə təhsil sistemi daim yenilənməli, dünya təhsilindəki sürətli tərəqqi proseslərindən geri qalmamalıdır. Bütün bunların təmin olunması məqsədilə son illər ölkə prezidentinin rəhbərliyi ilə təhsil sahəsində çoxsaylı proqram və layihələr həyata keçirilir. Təhsil sisteminin qarşısında duran əsas hədəflərə çatmaqda müəllimlərin üzərinə mühüm vəzifələr düşür. Müəllim əməyi ən yüksək qiymətə və ehtirama layiqdir. Bunun üçün də yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meylli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq prioritet məsələlərdən biridir. Müəllimlər hər bir cəmiyyətin elitasıdır. XXI əsrdə bilik və bacarıqların önəmi daha da artacaq. Bu missiyada "öyrənməyi öyrətmək" vəzifəsi müəllimlərin üzərinə düşür. Deməli, cəmiyyətimizin bütün hədəflərinin gerçəkləşməsi, həm də müəllimlərimizin öz missiyasına necə əməl etməsindən asılı olacaq. Azərbaycan təhsilinə, təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərən dövlət başçısı ənənəyə uyğun olaraq, builki peşə bayramları ərəfəsində də bir qrup təhsil işçisinin təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adı və "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Təltif olunanları təbrik edir, təhsilimizə göstərdiyi diqqətə görə möhtərəm prezidentimizə çoxminli təhsil işçiləri adından minnətdarlığımızı bildiririk. 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərimizi ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram”.

Qeyd edək ki, 1994-cü ildən 5 oktyabr tarixi UNESCO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR