«Bank Respublika» kreditin onlayn sifarişi xidmətini təklif edir

«Bank Respublika» kreditin onlayn sifarişi xidmətini təklif edir
# 11 sentyabr 2013 07:25 (UTC +04:00)

Bakı - APA-Economics. Şəxsi vaxtına qənaət edən və kredit şərtlərini öz istəklərinə maksimum dərəcədə uyğun rəsmiləşdirmək istəyənlər üçün «Bank Respublika» ASC kreditləri onlayn rejimində bankın rəsmi internet (www.bankrespublika.az) və «Facebook» səhifələri vasitəsilə sifariş etməyi təklif edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, burada müştərilər nağd kreditlər, təmir krediti, biznes və aqrokreditlər sifariş edə bilərlər.

Kreditin sifarişi üçün sadə onlayn ərizəni doldurub təsdiqləmək kifayət edir. Ərizə banka daxil olduqda bank mütəxəssisi konsultasiya və kreditin verilməsinə dair məlumatı vermək üçün operativ qaydada müştəri ilə əlaqə saxlayır və münasib bir vaxtda kreditin rəsmiləşdirilməsi üçün müştərini ona yaxın filiala dəvət edir.

Qeyd edək ki, «Bank Respublika»dan kredit almağın üstünlüklərindən biri krediti banka gəlmədən, bankın veb-saytı, bankomatları və ya «Mobil bank» xidməti vasitəsi ilə ödəmək imkanlarındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR