Novqorod vilayətindəki psixonevroloji internatda baş verən yanğında 13 nəfərin öldüyü açıqlanıb

Novqorod vilayətindəki psixonevroloji internatda baş verən yanğında 13 nəfərin öldüyü açıqlanıb
# 13 sentyabr 2013 10:54 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, ümumilikdə internatda 59 pasiyent və personal olub, onlardan 23-ü xilas edilib. Digərlərinin taleyi naməlumdur. Polis internatın yaxınlığındakı meşədə axtarış aparsa da, heç kəsi tapa bilməyib, ətrafı kəndlərdə də axtarış aparılır.

Yanğının müntəzəm şəkildə intizam qaydalarını pozan pasiyentlərdən birinin siqaretindən yarandığı güman edilir. Yanğın nəticəsində 700 kvadrat metr sahəsi olan birmərtəbəli bina tamam yanıb.

Faktla bağlı cinayət işi qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR