Hüquq mühafizə və prokurorluq xərcləri 3,4 %, ümumi dövlət xidmətləri xərclərinin isə 5,8 % artırılması proqnozlaşdırılır

Hüquq mühafizə və prokurorluq xərcləri 3,4 %, ümumi dövlət xidmətləri xərclərinin isə 5,8 % artırılması proqnozlaşdırılır
# 24 may 2024 23:21 (UTC +04:00)

Hüquq mühafizə və prokurorluq xərcləri 3,4 %, ümumi dövlət xidmətləri xərclərinin isə 5,8 % artırılması proqnozlaşdırılır.

APA xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, hüquq mühafizə və prokurorluq xərcləri təsdiq olunmuş 2956,7 milyon manata qarşı 3058,4 milyon manat və ya 101,7 milyon manat (3,4 faiz), ümumi dövlət xidmətləri (qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu) xərcləri təsdiq olunmuş 4822,2 milyon manata qarşı 4542,8 milyon manat və ya 279,4 milyon manat (5,8 faiz) artırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR