Yeni dərs ili ərəfəsində yaranan və boş qalan vakant yerlərin təhlili aparılır

Yeni dərs ili ərəfəsində yaranan və boş qalan vakant yerlərin təhlili aparılır
# 11 sentyabr 2013 09:36 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Təhsil Nazirliyi daha çox hansı rayonlarda vakant müəllim yerləri qaldığını və bu yerlərin daha çox hansı ixtisaslar üzrə olduğunu açıqlayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, daha çox Lerik, Yardımlı, Gədəbəy rayonlarında fizika, kimya, biologiya ixtisasları üzrə vakant yerlər qalıb. Həmin vakant yerlərdə dərs yükü bir stavkadan azdır.

Nazirlik növbəti tədris ili ərzində müəllimlərin işə qəbulu üçün əlavə müsabiqənin keçirilməsi məsələsinə də aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, hazırda yeni dərs ili ərəfəsində yaranan və boş qalan vakant yerlərin təhlili aparılır. Həmin yerlər ilk növbədə müsabiqədə iştirak edərək keçid balını toplayanlara təklif ediləcək (elektron müraciət əsasında), ehtiyac olarsa, yeni müsabiqənin vaxtı müəyyənləşdirilərək elan ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR