Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas olunub

Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas olunub
# 02 fevral 2014 00:59 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda bu gecə doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR