MSK media nümayəndələri üçün konfrans keçirəcək

MSK media nümayəndələri üçün konfrans keçirəcək
# 30 sentyabr 2013 07:24 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Mərkəzi Seçki Komissiyası (MSK) jurnalistlər üçün konfrans keçirəcək. MSK-nın media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirin məqsədi seçki prosesini işıqlandıracaq jurnalistlərin hüquqi baxımdan maarifləndirilməsidir. Konfrans MSK və Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək. Müzakirələrdə əsas diqqət “Jurnalistlər tərəfindən seçki prosesinin müşahidəsi” məsələsinə yönələcək.

Konfransda MSK sədrinin müavini Natiq Məmmədov, Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və digər rəsmi şəxslər iştirak edəcək.

Tədbir oktyabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR