Səfir: “Gələn il Türkiyə baş nazirinin və İran prezidentinin qarşılıqlı səfərləri olacaq”

Səfir: “Gələn il Türkiyə baş nazirinin və İran prezidentinin qarşılıqlı səfərləri olacaq”
# 26 dekabr 2013 13:23 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşma rəsmi Tehranla yanaşı, bölgə və dünyada sülh və sabitliyin bərqərar edilməsi üçün çox mühümdür”.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin İrandakı səfiri Ümid Yardım bildirib.

Onun sözlərinə görə, Türkiyə İrana qarşı sanksiya tətbiq edilməsinə qarşıdır: “Rəsmi Ankara BMT Təhlükəsizlik Şurasında da İrana qarşı sanksiya tətbiqini nəzərdə tutan qətnamənin əleyhinə səs verib”.

Ü.Yardım Suriya böhranının həlli üçün iki ölkə arasında dialoqların davam etdirilməsinin zəruri olduğunu deyib: “İranla Türkiyə arasında vizasız gediş-gəlişlərin iki ölkə arasındakı əlaqələrdə çox müsbət bir təsiri var”.

Səfir həmçinin vurğulayıb ki, 2014-cü ildə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhaninin Tehran və Ankaraya qarşılıqlı səfərləri gerçəkləşəcək. Ancaq Ü.Yardım bu səfərlərin tarixi haqqında heç bir açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR