“DəmirBank”ın bölgələrdə “Açıq qapılar” günü keçirilib - FOTOSESSİYA

“DəmirBank”ın bölgələrdə “Açıq qapılar” günü keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 avqust 2014 08:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “DəmirBank”ın Zaqatala, Yevlax və Bərdə filiallarının ofislərində “Açıq qapılar” günü keçirilib. Tədbirdə bankın işçiləri və müştəriləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak etib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə bankın 25 illik yubileyi ilə əlaqədar bank tərəfindən istehlak kreditləri üzrə illik faiz dərəcəsində 10% endirim və pulsuz olaraq “DəmirTaksit” kartı təqdim edilməsi ilə əlaqədar məlumat verilib, bank müştərilərinə qiymətli hədiyyələr təqdim edilib.

Bankın hər üç filialı əhaliyə və sahibkarlara müxtəlif kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri və digər bank xidmətləri göstərir. Bu filiallar müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün zəruri imkanlara malikdir. Bank filiallarına gələn müştərilər olduqca sərfəli şərtlər ilə bank xidmətlərindən bəhrələnə bilərlər.

Qeyd edək ki, “DəmirBank” fəaliyyət göstərdiyi 25 il ərzində bir çox nailiyyətlər əldə edib və ölkədə aparıcı banklardan birinə çevrilib. Bankın səhmdarları sırasında beynəlxalq maliyyə təşkilatlarının olması, bankın yüksək reytinqləri, geniş çeşiddə bank xidmətləri, 33 filialdan ibarət xidmət şəbəkəsi və on minlərlə müştəriləri bu nailiyyətlərin göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR