AMEA-nın aqrar bölməsi Gəncəyə köçürülüb

AMEA-nın aqrar bölməsi Gəncəyə köçürülüb
# 22 sentyabr 2014 12:50 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aqrar bölməsi sentyabrın 18-dən etibarən Gəncədə fəaliyyət göstərir.

APA - nın qərb bürosunun verdiyi məlumata görə, bunu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə “Müasir aqrar elm: Qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

“Gəncədə aqrar sahənin inkişafı üçün kifayət qədər elmi potensial var. Məhz bunu nəzərə alaraq, aqrar bölmənin Gəncəyə köçürülməsini istədik”, - deyə o vurğulayıb.

E. Vəliyev bildirib ki, AMEA-nın aqrar bölməsi hələlik uyğunlaşdırılmış binada fəaliyyət göstərəcək. Sonra isə bölmə üçün yeni bina tikiləcək.

İcra başçısı yaxın günlərdə AMEA prezidentinin iştirakı ilə aqrar bölmənin Gəncədə təqdimatının keçiriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR