Buxarestdə gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 51-ə çatıb

Buxarestdə gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 51-ə çatıb
# 12 noyabr 2015 00:03 (UTC +04:00)

Bakı-APA. Rumıniyanın paytaxtı Buxarestdə gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 51-ə çatıb

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, noyabrın 11-də müalicə üçün İngiltərəyə göndərilən 19 yaşlı oğlan və 18 yaşlı qız dünyasını dəyişib.

Eyni gündə gecə klubunda çıxış edən “Goodbye to Gravity” rok-qrupunun bas-qitaraçısı Buxarestdə ölüb.

Son məlumatlara əsasən, Rumıniya paytaxtının xəstəxanalarında ümumilikdə 76 nəfər müalicə alır. Onlardan 24-ün vəziyyəti ağır və yaxud kritik kimi qiymətləndirilir. 29 nəfərin xarici ölkələrdə müalicə olunduğu bildirilir.

Xatırladaq ki, oktyabrın 31-nə keçən gecə Buxarestdə “Colectiv” gecə klubunda güclü yanğın baş verib. Hadisə zamanı gecə klubunda 400-dən çox adam olub. Yanğına səbəb konsert zamanı buraxılan fişənglər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR