Bakıda keçən il oğurlanmış avtomobil İsmayıllıda tapılıb

Bakıda keçən il oğurlanmış avtomobil İsmayıllıda tapılıb
# 11 iyul 2016 11:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində ötən il qaçırılmış avtomobil İsmayıllı rayonunda tapılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 10-da nazirliyin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən ötən il mayın 23-də paytaxtın Nəsimi rayonu ərazisində oğurlanan, Bakı şəhər sakini Ramin Qəniyevə məxsus “Hyundai” markalı avtomobilin Qaraməryəm-İsmayıllı yolunda hərəkətdə olduğu müəyyən edilib. Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanııb, sürücü, Ağsu şəhər sakini İrfan Əhmədov, sərnişinlər Mirsadıq Seyidov və Xəzər Həsənov araşdırmalar aparılması üçün İsmayıllı Rayon Polis Şöbəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR