Gürcüstanda iki azərbaycanlı yol qəzasında ölüb

Gürcüstanda iki azərbaycanlı yol qəzasında ölüb
# 21 may 2015 21:28 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Toyota” və “Opel” markalı avtomobillər Qaracalar kəndindən 30-35 kilometr aralıda, Balto kəndi yaxınlığında toqquşub.

Məlumata görə, “Opel” markalı avtomobilin sürücüsü olan Mamuka Kamal oğlu və 20-21 yaşlarında olan sərnişin Əhməd Əsgərov hadisə yerində keçiniblər. Hadisə zamanı yaralanan daha bir sərnişin 28 yaşlı Nadir Şirxan oğlu Saqareco rayon xəstəxanasına yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər.

Hadisə yerinə polis və təcili yardım maşını gəlib. Hadisə ilə bağlı məhkəmə-tibb ekspertizası araşdırma aparır. İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR