Göyçayda iki ağır tonnajlı yük avtomobili toqquşub

Göyçayda iki ağır tonnajlı yük avtomobili toqquşub
# 30 aprel 2013 18:49 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda iki yük avtomobili toqquşub, sürücü ağır xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elşad Nəsirov APA-ya bildirib ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 210-cu kilometrliyində, Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Şabran sakini Aydın Həmidov Azərbaycan İnşaat İnvestisiya Qrupuna məxsus 90-YU-931 dövlət nömrə nişanlı “KaMAz 6520” markalı yük maşını qarşı tərəfdə hərəkətdə olan İsmayıllı sakini Seymur Osmanova məxsus 99-DE-219 dövlət nömrə nişanlı “SHAGMAN” markalı yük maşınına çırpılıb və sonra yoldan çıxaraq ağaca çırpılıb. “KaMAz” zərbənin təsiri nəticəsində ağacı iki yerə bölərək yoldan 3 metr dərinlikdə olan çökək əraziyə aşıb. Hadisə nəticəsində sürücü Aydın Həmidov ağır bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR