Bakıda adam oğurluğunda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

  Bakıda adam oğurluğunda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 11 dekabr 2014 10:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə dekabrın 18-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər – Vahid Zülfüqarov, Elbəy Qədirov, Amlet Xankişiyev, Nihal Tağıyevdir. Onlar V. Zülfüqarovun sevdiyi qızı qaçırıblar. Lakin qızın valideynləri polisə şikayət etdiyi üçün onlar saxlanılıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsinə əsasən ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR