İqdirda erməni dilində yazı sökdürülüb

İqdirda erməni dilində yazı sökdürülüb
# 22 iyun 2016 07:31 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Türkiyənin İqdir rayonunun Tuzluca qəsəbəsinin girişi və çıxışında erməni dilindəki “Xoş gəldiniz, gülə gülə” yazısı sökülüb.

APA-nın “cnnturk.com” saytına istinadən verdiyi xəbərə görə, buna səbəb İqdirin Azərbaycan əsilli sakinlərinin etirazı olub.

Azərbaycanlıların etirazından sonra Tuzluca bələdiyyəsi şəhərin giriş və çıxışlarında erməni dilindəki yazını yanğınsöndürmə briqadalarının köməyi ilə söküb.

Qeyd edək ki Ermənistanla həmsərhəd olan İqdirin Tuzluca qəsəbəsində bələdiyyə türk, ingilis, kürd və erməni dillərində "Xoş gəldiniz, gülə gülə" yazıları yazdırmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR