Müdafiə sənayesi naziri Əfqanıstan prezidentinin MDB ölkələri üzrə nümayəndəsini qəbul edib

Müdafiə sənayesi naziri Əfqanıstan prezidentinin MDB ölkələri üzrə nümayəndəsini qəbul edib
# 22 may 2015 15:46 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikası prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Mohammad Şaker Kargarın başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.

APA-nın Müdafiə Sənayesi Nazirliyinin saytına istinadən verdiyi məlumata görə Yavər Camalov nümayəndə heyətini nazirliyin fəaliyyəti ilə bağlı məlumatlandırıb.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olub və istehsal prosesini yaxından izləyiblər.

Görüşdə Əfqanıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR