İranda qaz partlaması nəticəsində 13 nəfər ölüb, 11 nəfər yaralanıb

İranda qaz partlaması nəticəsində 13 nəfər ölüb, 11 nəfər yaralanıb
# 05 iyul 2016 17:36 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İranda qaz balonunun partlaması nəticəsində 13 nəfər ölüb, 11 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İran televiziyası məlumat yayıb.

Faciəli hadisə İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri yaxınlığındakı Şorik yaşayış məntəqəsində baş verib. Hadisənin qızdırıcı sistemdən qaz sızması nəticəsində baş verdiyi bildirilir.

Nəticədə güclü partlayış, ardınca isə yanğın baş verib.

Xəsarət alanlar Təbriz, Urmiya, Tehran və İsfahandakı xəstəxanalara yerləşdirilib.

İranın "Tasnim" agentliyi bildirir ki, zərərçəkənlərin sayının çox olmasının səbəbi yanğınsöndürənlərin hadisə yerinə gec gəlməsi, habelə Xoy şəhərindəki tibb məntəqələrində müvafiq şöbələrin olmaması ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR