Joel Fresko: “Xocalıda törədilənlər soyqırımıdır”

Joel Fresko: “Xocalıda törədilənlər soyqırımıdır”
# 07 may 2015 11:54 (UTC +04:00)

Bunu APA-ya Avropa-Niderland iş adamları Assosiyasiyasının vitse-prezidenti, Niderlandda yəhudi diasporunun fəal üzvü Joel Fresko deyib.

O bildirib ki, bu gün Avropada Yaxın Şərqdə baş verən faciələr, Ukraynadakı hadisələr qızğın müzakirə olunur, Dağlıq Qarabağ münaqişəsinə isə səthi yanaşma mövcuddur: “Bizim üçün ermənilər tərəfindən Xocalıda törədilən qətliam faciədir, soyqırımıdır. Ermənistan Dağlıq Qarabağda insanlığa sığmayan cinayətlər törədib və bunun cavabını verməlidir”.

Lobbi rəhbəri onu da deyib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporuna həmişə dəstək olmağa hazırdırlar.

Qeyd edək ki, “APA Holding”in Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Sərhəddənkənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Avropanın bir neçə ölkəsində fəaliyyət göstərən azərbaycanlılarla görüşlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR