ABŞ-da həbsxanada baş vermiş iğtişaşlar nəticəsində 10 nəfər xəsarət alıb

ABŞ-da həbsxanada baş vermiş iğtişaşlar nəticəsində 10 nəfər xəsarət alıb
# 04 iyun 2015 01:14 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Los-Anceles şəhərinin həbsxanasında iğtişaşlar baş verib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, nəticədə 10 dustaq xəsarət alıb.

Polisdən həbsxanada üsyan yox, dustaqlar arasında dava düşdüyünü vurğulayıblar.

Hazırda həbsxananın ərazisi polis tərəfindən əhatəyə alınıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR