Azərbaycan prezidenti Tunis prezidentini təbrik edib

Azərbaycan prezidenti Tunis prezidentini təbrik edib
# 19 mart 2013 15:59 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Tunis prezidenti Monsef Mərzukiyə təbrik məktubu göndərib. APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab prezident, Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Tunis münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edərək xalqlarımızın rifahına xidmət edəcək. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR