Zaqatalada evdən və mağazadan oğurluq edən şəxslər tutulub

Zaqatalada evdən və mağazadan oğurluq edən şəxslər tutulub
# 06 oktyabr 2015 12:30 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada oğurluqla məşğul olsan iki nəfər rayon sakini həbs edilib.

Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Əliabad qəsəbə sakini Reyhan Allahverdi qızı Musayeva Zaqatala RPŞ-yə ərizə ilə müraciət edərək evindən bir ədəd LG markalı televizor oğurlanması ilə bağlı məlumat verib. Zaqatala RPŞ-nin keçirdiyi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən oğurluq edən şəxsin elə onun həmkəndlisi, 1989-cu il təvəllüdlü Qabil Şaban oğlu Əhmədov olduğu müəyyən edilib və o tutularaq istintaqa təhvil verilib.

Q. Əhmədovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, həmin şəxs R. Musayevanın evindən oğurluq edən gün daha bir başqa həmkəndlisi Tamella Nizami qızı Uluxanovanın da evindən DVD pleyer oğurlayıb.

Zaqatala RPŞ-dən verilən digər məlumata görə, rayonun Muxax kənd sakini Nəsibə Mustafa qızı Məmmədova ailəsinə məxsus qarışıq mallar mağazasından oğurluq olunması barədə Zaqatala şöbəyə müraciət edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan oğurluq edən şəxsin Zaqatala şəhəri S. Kazımov küçəsi, ev 112 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Elçin Sabir oğlu Rəşidov olduğu müəyyən edilib. Keçirilən tədbir nəticəsində E. Rəşidov tutularaq istintaqa təhvil verilib. Aparılan istintaq zamanı E. Rəşidovun N. Məmmədovaya məxsus mağazadan müxtəlif adda xeyli siqaret, müəyyən miqdarda pul və müşahidə kamerasının avadanlıqlarını oğurladığı məlum olub. Faktla bağlı Zaqatala RPŞ-də istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR