Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib - FOTO

Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib - <span style="color: red;">FOTO
# 12 aprel 2013 13:00 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya 5 məsələni araşdıraraq müvafiq rəylər çıxarıb. Şuradan APA-ya verilən məlumata görə, öncə Goranboy Rayon İcra Hakimiyyətinin “Modern.az” İnternet Portalı ilə bağlı müraciətinə baxılıb. Komissiya üzvləri material hazırlanarkən istinad mənbələrinin göstərilməsini və balans prinsipinin qorunmasını vacib məqam kimi qeyd edərək, portalın gələcəkdə fəaliyyətində bu kimi hallara diqqət yetirməli olduğunu vurğulayıblar. Eyni zamanda, komissiya Goranboy RİH-in təmsilçisinə də tövsiyələrini verib.

İclasda “Dünya” İnformasiya Agentliyinin (dia.az) Goranboy RİH-lə bağlı yayımladığı materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsip və bəndlərinin tələblərinə sayğısız yanaşıldığı bildirilib.

Komissiya Azərbaycan Miqrasiya Mərkəzinin “Moderator.az” Xəbər Portalında yayımlanan “Gəncədə məktəb şagirdi insan alverinin qurbanına çevrilib” sərlövhəli yazı ilə bağlı iradları haqlı sayıb.

“Tərtər-Məişət” ASC-nin “Universal press” qəzeti barədə şikayəti tərəflər arasında anlaşma ilə yekunlaşıb.

İclasda “Ehtiyatda və İstehfada olan Zabitlər” İctimai Birliyinin “Exo” qəzeti ilə bağlı müraciətinə baxılıb. Cavabdeh tərəf iddianın əsassızlığı barədə komissiyaya müvafiq materiallar təqdim edib. Lakin müraciət müəllifi müzakirəyə qatılmadığından onun mövqeyinin nə dərəcədə haqlı olmasına aydınlıq gətirmək mümkün olmayıb. Komissiya buna görə də məsələni bitmiş sayıb.

Sonda məlumat verilib ki, adları Mətbuat Şurasının “reket nəşr”lər üçün tərtib etdiyi “qara siyahı”da yer alan bir sıra qəzetlərlə bağlı MŞ-yə müntəzəm şikayətlər daxil olmaqdadır. Bu ölçüdən nəticə çıxarmayan, ayda bir-iki dəfə işıq üzü görən həmin mətbu nəşrlər yenə müxtəlif qurumları və onların rəhbərlərini hədəf götürməkdə, şərəf və ləyaqətlərinin təhqirinə, işgüzar nüfuzlarının aşağılanmasına yönələn təhdid xarakterli materiallara hər sayda geniş yer verməkdə, etik prinsiplərə zidd hərəkətləri israrla davam etdirməkdədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR