"Kapital Bank"ın "Bankirlə müsahibə" layihəsinin ilk qonağı 300 sual cavablandırıb

"Kapital Bank"ın "Bankirlə müsahibə" layihəsinin ilk qonağı 300 sual cavablandırıb
# 16 noyabr 2015 12:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bir müddətdir internetdə anonsları verilən "Bankirlə müsahibə" layihəsinin ilk müsahibi auditoriyanın "sınağından" keçib.

Kapital Bankdan "APA-Economics"ə verilən xəbərə görə, yeni strategiyasının əsas dəyərlərindən biri kimi şəffaflıq prinsipini əsas tutan bank rəhbərliyi “Birbaşa, baş-başa” şüarı ilə keçirilən layihə çərçivəsində vaxtaşırı olaraq bankın Feysbuk səhifəsində müştərilərlə onlayn interaktiv müsahibələr həyata keçirməyə başlayıb.

Layihənin unikallığı ondan ibarətdir ki, Azərbaycanın bankçılıq tarixində ilk dəfə olaraq müştərilərin sorğuları birbaşa bankın rəhbərliyi tərəfindən sosial şəbəkələr vasitəsilə cavablandırılıb. Artıq layihənin ilk qonağı kimi “Kapital Bank”ın Satış kanalları departamentinin direktoru Vüsal Nağıyev marafona start verməklə gün ərzində həm şəxsi karyerası, həm də bank xidmətləri və məhsulları ilə bağlı “Kapital Bank”ın rəsmi Feysbuk səhifəsinin suallarını cavablandırıb. Gün ərzində 300-dək sualı cavablandıran bankir hətta otağındakı seyfdə olan pulların sayını soruşan istifadəçini belə cavabsız qoymayıb.

İlk müsahibə ümumilikdə 25 000 istifadəçi tərəfindən izlənilib və 1000 nəfərədək iştirakçı cəlb edib. Bu göstəriciyə görə də layihə 2015-ci ildə Azərbaycanın Feysbuk məkanında həyata keçirilmiş ən uğurlu layihələrdən biri hesab olunur.

“Bankirlə müsahibə”nin növbəti qonaqlarını “Kapital Bank”ın rəsmi Feysbuk səhifəsindən izləyin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR