Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
# 03 iyun 2016 09:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün Bakı şəhəri Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “APA-Economics”ə “Azərsu” ASC-dən məlumat verilib. Məlumata əsasən, məhdudiyyət Nərimanov rayonu Arif Heydərov küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR