AMEA-nın elmi müəssisə və təşkilatlarında e-elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

AMEA-nın elmi müəssisə və təşkilatlarında e-elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək
# 10 mart 2015 08:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarında e-elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, elmi müəssisə və təşkilatlarında elektron elmin monitorinqi haqqında AMEA Rəyasət Heyəti qərar verib.

Bu monitorinq AMEA-nın elmi müəssisə və təşkilatlarında İKT ilə təminatın vəziyyətini analiz etmək, qiymətləndirmək, rəqəmsal fərqləri aşkarlamaq, növbəti dövr üçün e-elmin fəaliyyət prioritetlərini müəyyənləşdirmək, həmçinin nəticələrin AMEA-nın 2014-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncağına təqdim etmək məqsədilə icra olunacaq. Bu qərar ölkədə həyata keçirilən İnformasiya Cəmiyyəti quruculuğuna böyük dəstək olacaq.

Monitorinqin təşkili və nəticələri əsasında hesabatın hazırlanması AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb. Monitorinq forması www.science.az və www.ict.az saytlarında yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR