Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 14 mlrd. dolları keçib

Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 14 mlrd. dolları keçib
# 29 sentyabr 2015 06:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 14 mlrd. 82 mln. 176,75 min ABŞ dolları təşkil edib.

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 32,83% azdır.

Bu ilin 8 ayında idxal əməliyyatları 5 mlrd. 898 mln. 689,99 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 5,09% çoxdur.

Belə ki, bu ilin yanvar-avqust aylarında ölkənin ixrac əməliyyatları üzrə 8 mlrd. 183 mln. 486,76 min dollar olub ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 46,69% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR