Qorxmaz Hüseynov: “Bu yay Bakı əhalisi su qıtlığı ilə üzləşməyəcək”

Qorxmaz Hüseynov: “Bu yay Bakı əhalisi su qıtlığı ilə üzləşməyəcək”
# 11 aprel 2013 09:58 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Bu yay Bakı əhalisi su qıtlığı ilə üzləşməyəcək. “APA-Economics”in xəbərinə görə, bunu «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda “Azərsu” ASC Bakı ətrafı qəsəbələrə böyük magistral su xəttinin çəkilişini həyata keçirir. Ceyranbatan su anbarından Pirallahı adasına qədər uzanacaq magistral xəttin ümumi uzunluğu 180 km təşkil edəcək. Artıq bu il həmin kəmərin Qala qəsəbəsinə qədər olan hissəsi başa çatacaq. Bu kəmər vasitəsilə Bakının 34-dən artıq qəsəbəsinə su veriləcək və ya su təchizatı ciddi sürətdə yaxşılaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR