Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə başçəkmə həyata keçirilib

Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə başçəkmə həyata keçirilib
# 04 may 2013 08:30 (UTC +04:00)

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmənin məqsədi saxlanılma şəraitinin və rəftarın araşdırılmasından ibarət olub.

Araşdırma zamanı müəssisənin beynəlxalq standartlara uyğun olduğu müəyyən edilib. Eyni zamanda yeni istifadəyə verilmiş müəssisədə saxlanılan şəxslər üçün lazımi şərait yaradılıb.

Qrupun üzvləri Mərkəzin bütün ərazisi və obyektlərinə, o cümlədən saxlanma təcridxanasına və saxlanma yerlərinə, inzibati otaqlara, yeməkxanaya, mətbəxə, hamama baxış keçiriblər.

Qeyd edilməlidir ki, müəssisə iki hissədən ibarətdir. Birinci hissə sığınacaq axtaranlar (könüllü) üçün, digər hissə isə ölkəmizdə viza və miqrasiya qaydalarını pozmuş şəxslər üçün saxlama yerləridir.

MPQ-nin üzvləri müəssisədə saxlanılan 9 nəfər miqrantla, o cümlədən 7-si könüllü, 2-si qərarla saxlanılan şəxslərlə görüşüb, onların saxlanılma şəraitini və sənədləşməni araşdırıblar.

Miqrantlar buradakı saxlanılma şəraitindən və müəssisə əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq etməyiblər.

MPQ-nin üzvləri bu müəssisənin fəaliyyətini tənzimləyən təlimatın təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR